ABŞ müğənnisi Britni Spirsin son vaxtlar nəşr etmək istədiyi avtobioqrafiya kitabının nəşrinə əngəl törədilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 2022-ci ildə atasının qəyyumluğundan imtina edən və bunu qanuna zidd olaraq qazanan Britni Spirs həyatı haqqında kitab yazıb. Spirsin keçmiş həyatı və münasibətlərinin təfərrüatı ilə bağlı olan kitab, mətndə adları hallananların şikayətləri ilə nəşri dayandırılıb.
41 yaşlı dünyaca məşhur müğənninin hüquq qrupu kitabda adı keçən məşhurların vəkilləri vasitəsilə nəşriyyat şirkətinə ərizə göndərməsindən sonra kitabın nəşrinin dayandırıldığı öyrənilib.
Manşet.az