İran zəlzələ yardımı bəhanəsi ilə bu ölkəyə silah keçirdi - Washington Post

16:30 - 08 May 2023

İran zəlzələ yardımı bəhanəsi ilə bu ölkəyə silah keçirdi - Washington Post

ABŞ kəşfiyyatına və İsrail rəsmisinə əsaslanan sənədlərə görə, İranın fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdən sonra təbii fəlakət qurbanlarına yardım daşımaq bəhanəsi ilə Suriyaya PUA və digər hərbi ləvazimatlar daşıdığı iddia edilir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qəzetin ABŞ kəşfiyyatına və İrana yaxın bir İsrail hərbi rəsmisinə istinad edən sənədlərlə bağlı, "Fevral ayında Suriya və qonşu Türkiyəni viran qoyan fəlakətdən sonra İranın Suriyaya yardım çatdırılmasında hərbi müdafiə avadanlığını gizlətmək səyləri ilə bağlı əvvəlki hesabatları gücləndirir" – ifadələrindən istifadə edilib.

İranın Birləşmiş Millətlər Təşkilatının missiyasının məsələ ilə bağlı suala cavab vermədiyi bildirilib. Sözügedən çatdırılma İraqdan gələn maşınlarla “bölgədəki dost silahlı qruplar və İranın proksi döyüşçüləri idarə etmək və toplamaq üzrə ixtisaslaşan elit kəşfiyyat birliyi olan Qüds Qüvvələri vasitəsilə həyata keçirildiyi" iddiası irəli sürülüb.

ABŞ-ın sızdırılmış sənədinə görə, fevralın 13-də Qüds Qüvvələrinin zabiti İraq milis qrupuna “qanuni zəlzələ zamanı yardım təchizatları arasında silah yerləşdirməyi” tapşırıb, Qüds qüvvələrinin başqa bir zabiti isə Suriyaya daxil olan “yüzlərlə” avtomobil və malın siyahısını saxlayır.

İsrail ordusunun rəsmisi də Qüds Qüvvələrinin bu cür fəaliyyətlərdə iştirak etdiyini təsdiqləyib.

“Washington Post” xəbərində, İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin yüksək rütbəli rəsmisi ABŞ-ın sənədindəki tapıntıları “saxta” adlandırıb və bildirib ki, Suriyada İranla işləyən qruplara silah vermək üçün heç bir bəhanə lazım deyil.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az