Aİ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır

17:06 - 08 May 2023

Aİ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır

Avropa İttifaqı Komissiyası Rusiyaya qarşı 11-ci sanksiya paketi təklifini üzv ölkələrə göndərib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Aİ Komissiyasının sözçüsü Erik Mamer Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Rusiyaya qarşı yeni sanksiyalar paketinə hazırlıqla bağlı açıqlamalar verib.

“Aİ Komissiyasının 11-ci sanksiya paketi təklifinin üzv ölkələrə göndərildiyini təsdiq edirəm” – deyən Mamer, bu mərhələdə üzv ölkələrin paketin məzmununu qiymətləndirəcəyini söyləyib.

O, yeni sanksiya paketinin təfərrüatlarını hələlik paylaşa bilməyəcəyinə işarə edərək, bu paketdəki sanksiyaların tətbiqi, effektivliyi və nüfuzunun qarşısının alınmasına diqqət yetirəcəklərini vurğulayıb.

"Paket Rusiyaya ixraca və bunun necə idarə olunmasına baxacaq" Mamer Rusiyanın başqa ölkələrdən qadağan olunmuş məhsulların idxalının qarşısını almaq istədiklərini bildirib.

Avropa mətbuatının yazdığına görə, Aİ-nin yeni sanksiya paketi təklifində Rusiyaya hərbi məqsədlər üçün istifadə oluna biləcək ləvazimatlar verməsi səbəbiylə 7 Çin şirkəti də var.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az