Bu ölkədəki məktəblərə polislər yerləşdirildi

17:35 - 08 May 2023

Bu ölkədəki məktəblərə polislər yerləşdirildi

Qərbi Balkan ölkəsi Serbiyada bu gün səhər saatlarından etibarən 1800 məktəbin hər birində 2 polis işə başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mayın 3-də Serbiyanın paytaxtı Belqradda Vladislav Ribnikar ibtidai məktəbində 14 yaşlı şagirdin hücumu nəticəsində 9 nəfərin həlak olmasından sonra təhsil müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Ölkənin cənubundakı Nis şəhərindəki Njeqos İbtidai məktəbinin direktoru Bojan Krstic verdiyi açıqlamada, "Bu gündən etibarən 1800 məktəbdə 2 polis bütün günü mühafizədə olacaq. Əvvəllər polis yoxlayırdı, indi onlar məktəb davam etdikcə burada olacaq” – deyib.

Təhlükəsizlik tədbirlərinin nə qədər davam edəcəyi ilə bağlı onlara məlumat verilmədiyini deyən Krstic, ailələrin də özlərini daha dinc hiss etdiklərini ifadə etdi.

Yerli mətbuatda gedən xəbərlərdə polislərin meydan, küçə, qatar, avtobus dayanacağı kimi insanların çox olduğu yerlərdə olduğu paylaşılıb.

Serbiya prezidenti Aleksandar Vuçiç də dünən hər məktəbdə polisin növbətçi olacağını, onların silahlı və hazırlıqlı olacağını açıqlayıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az