Ukrayna elan etdi: Rusiya Taxıl Dəhlizi Sazişini dayandırır

18:58 - 08 May 2023

Ukrayna elan etdi: Rusiya Taxıl Dəhlizi Sazişini dayandırır

"Ukrayna Rusiyanın Taxıl Dəhlizi Sazişini dayandırdığını açıqlayıb".

 

Manset.az xəbər verir ki, Ukraynanın Yenidənqurma Nazirliyi bu gün elan edib ki, Rusiya gələn gəmiləri qeydiyyata almaqdan imtina edərək Qara dənizdə taxıl müqaviləsini dayandırıb.

Ötən il Rusiyanın işğalından sonra Ukraynanın Qara dəniz limanları blokadaya alınıb. Halbuki, ötən ilin iyulunda BMT və Türkiyənin vasitəçiliyi ilə əldə olunan razılaşma ilə üç limana çıxış əldə edilib.

Nazirliyin açıqlamasında Rusiyanın taxıl təşəbbüsünü növbəti dəfə faktiki olaraq dayandırdığı bildirilib və “Bu yanaşma mövcud müqavilənin şərtlərinə ziddir” ifadəsi işlədilib.

90 gəminin Ukrayna limanlarına getmək üçün Türkiyə ərazi sularında təsdiq gözlədiyi bildirilib və müqavilənin mayın 18-də bitəcəyi qeyd edilib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az