Türkiyənin Artvin vilayətinin Murgul rayonunda öküz döyüşləri zamanı qorxulu anlar yaşanıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, meydanda rəqibini gözləyən öküz tribunaya hücum edib.
Öküz gözlənilmədən protokolların tərtib olunduğu tribunaya atılıb.
İzləyicilər arasında təşviş yaranıb.
Öküzün tribunanı bir-birinə qatdığı anlar saniyə-saniyə kameralara əks olunub.
Həmin görüntüləri təqdim edirik: