Türkiyədə İstanbul Universitetində silahlı hücum edilib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, tibb fakültəsinin xəstəxanasında 4 həftədir müalicə alan D.S. (şərti ad), E.D. (şərti ad) tərəfindən silahlı hücumuna məruz qalıb.
Ağır güllə yarası alan D.S. yerə yıxılıb. Bu zaman xəstəxana polisi və mühafizəçilərin ona tərəf gəldiyini görən E.D. əlindəki silahla özünü vuraraq intihar edib.
Hadisədən sonra polislər xəstəxana ətrafında mühafizə sistemini gücləndiriblər.
Şahid Azad Arslanın sözlərinə görə, silahdan 3 dəfə atəş açılıb:
"Qəfildən 3 dəfə atəş səsi eşitdik. Sonra gördüm ki, adam qadını vurdu. Daha sonra isə silahı başına tutub intihar etdi".