ABŞ-ın keçmiş prezidenti Donald Tramp yazıçı E.Jean Carroll-a qarşı cinsi qısnama və böhtanda təqsirli bilinərək 5 milyon dollar təzminat cəzasına məhkum edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Trampın sözçüsü Stiven Çeunq bildirib ki, keçmiş ABŞ prezidenti apelyasiya şikayəti verəcək.
Tramp Truth Social-da verdiyi açıqlamada münsiflər heyətinin qərarını “tam biabırçılıq” adlandırıb və bunun “bütün zamanların ən böyük ifritə ovunun davamı” olduğunu bildirib.
Manşet.az