Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Konaşenkov Ukrayna ordusunun ehtiyat qoşunlarının uzaq mənzilli silahlarla məntəqələrinə və arsenallarına intensiv hücumlar həyata keçirdiklərini bildirib.
Müəyyən edilmiş hədəflərə qarşı hücumlar təşkil etdiklərini açıqlayan Konaşenkov, “Rusiya Silahlı Qüvvələri bu gecə düşmənin ehtiyat qoşunlarının müvəqqəti mövqelərinə və sursat anbarlarına dənizdən və havadan yüksək dəqiqlikli uzaqmənzilli silahlarla intensiv hücum həyata keçirdi. Hücum hədəfinə çatdı.Bütün müəyyən edilmiş elementlər vuruldu” - deyib.
O, bildirib ki, hücum nəticəsində ehtiyat qoşunların irəliləməsinin qarşısı alınıb və münaqişə bölgələrinə sursat daşınması dayandırılıb.
Manşet.az