Bu ölkə Rusiyaya məxsus 20 illik casus proqram şəbəkəsini sındırdığını açıqladı

11:08 - 10 May 2023

Bu ölkə Rusiyaya məxsus 20 illik casus proqram şəbəkəsini sındırdığını açıqladı

ABŞ Ədliyyə Nazirliyi Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinə (FSB) aid olduğu bilinən 20 illik zərərli proqram şəbəkəsinin sındırıldığını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nazirliyin açıqlamasında, "MEDUSA əməliyyatı ilə FTB və ABŞ-ın Nyu-Yorkun Şərq Bölgəsi üzrə Baş Prokurorluğu, bir çox xarici hökumətlə koordinasiyada, FSB-nin ən əhəmiyyətli zərərli kibercasus proqram implantatını zərərsizləşdirib" - deyilir.

Açıqlamada Rusiyanın 2004-cü ildən bəri 50 ölkədə virusa yoluxmuş yüzlərlə kompüterdən həssas məlumat əldə etmək üçün istifadə etdiyi "İlan" adlı qabaqcıl proqram şəbəkəsinin FTB tərəfindən zərərsizləşdirildiyi bildirilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az