Rusiya prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsinin bitməsinin 78-ci ildönümü münasibətilə Rusiyanın paytaxtı Moskvanın məşhur Qırmızı Meydanında keçirilən hərbi paradda çıxış edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin çıxışında bunları deyib:
“Əsl qurban Rusiyadır. Qərb bizə müharibə elan edib. Amma biz bu müharibədə də qalib gələcəyik. Rusiya dövlətinin gələcəyi bizim Ukraynadakı uğurumuzdan asılıdır. Mən Ukrayna cəbhələrində döyüşən əsgərlərimizə səslənirəm. Hamımızın taleyi sizin əlinizdədir”.
Manşet.az