Dezinformasiya yaymaq üçün ChatGPT-dən istifadə edən şəxs saxlanıldı

12:47 - 10 May 2023

Dezinformasiya yaymaq üçün ChatGPT-dən istifadə edən şəxs saxlanıldı

Çin polisi internetdə saxta xəbərlər yaratmaq və yaymaq üçün ChatGPT-dən istifadə etdiyini söylədiyi bir şəxsi saxlayıb. Hadisə dövlət mediasında ölkədə ilk süni intellektlə bağlı cinayət işi adlandırılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polisin verdiyi açıqlamaya əsasən, şübhəli şəxs ChatGPT-dən istifadə edərək qatar qəzası haqqında yalan məlumat yaradıb və sonra onu mənfəət üçün internetdə yerləşdirib.

Polis verdiyi açıqlamada məqaləyə təxminən 15 min dəfə baxıldığını bildirib.

Microsoft-un (MSFT) dəstəklədiyi OpenAI tərəfindən hazırlanmış ChatGPT Çində qadağandır, lakin internet istifadəçiləri ona daxil olmaq üçün virtual şəxsi şəbəkələrdən (VPN) istifadə edə bilirlər.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az