Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın hərbi cinayətləri ilə bağlı xüsusi tribunal yaradılacağını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen 9 May Avropa Günü münasibətilə Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Zelenski və fon der Leyen görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.
Görüşdən sonra Zelenski və fon der Leyen Ukraynaya qarşı hərbi cinayətlər üzrə xüsusi tribunalın yaradılması üçün birgə ittifaqın liderləri ilə onlayn görüşüblər.
Zelenski, “Təcavüz Cinayətlərinin Cinayət Təqibi üzrə Beynəlxalq Rusiya Mərkəzi bu ilin yayında Haaqada fəaliyyətə başlayacaq. Bu, onların məhkəmə üçün materiallarının hazırlanmasında praktiki addım olacaq. Beləliklə, biz addım-addım gedirik. Əsas məqsədimiz ədaləti təmin etmək üçün Rusiyanın Ukraynaya hücumu cinayəti üçün məhkəmə modelinin necə olması lazım olduğunu müəyyən etməkdir” – deyib.
Manşet.az