İsrailə 400-dən çox raket atıldı

09:17 - 11 May 2023

İsrailə 400-dən çox raket atıldı

"Qəzza zolağından İsrail ərazisinə son bir sutkada 400-dən çox raket atılıb".

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant məlumat yayıb.

O, bir neçə yaşayış binasına zərər dəydiyini bildirib:

"Raketlərin əksəriyyəti Qəzza zolağının ərazisinə düşüb. Onlar da açıq ərazilərdə partlayıb”. 

Qeyd edək ki, mayın 2-si İsrail ordusunun yaydığı məlumata görə, fələstinli radikallar Qəzza bölgəsindən ölkə ərazisini atəşə tutublar. Buna cavab olaraq, İsrail hərbçiləri də Qəzza bölgəsinə zərbələr endirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az