Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevi nazirliyə çağıraraq Rusiyaya məxsus döyüş təyyarəsinin Polşa Sərhəd Mühafizəsinə məxsus təyyarəyə “təhlükəli” yaxınlaşması ilə bağlı etiraz notası verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina öz Twitter hesabında vəziyyətlə bağlı ən son məlumatı paylaşıb.
Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevin bu gün Polşa Xarici İşlər Nazirliyinə çağırıldığını qeyd edən Jasina, “Rusiya hərbi təyyarəsinin Polşa Sərhəd Mühafizəsinə məxsus təyyarəyə qarşı törətdiyi insidentlə bağlı Rusiya Federasiyasının nümayəndəsinə etiraz notası verilib. Biz ciddi beynəlxalq insident olan Rusiya tərəfinin təxribatçı və aqressiv davranışını qətiyyətlə pisləyirik. Bu gün Xarici İşlər Nazirliyinin nümayəndəsinin bu məsələ ilə bağlı əlavə açıqlaması nəzərdə tutulmur” – deyib.
Manşet.az