Bu ölkədə “Telegram” qadağan edildi

09:56 - 11 May 2023

Bu ölkədə “Telegram” qadağan edildi

Braziliyada Ali Məhkəmənin qərarı ilə dezinformasiya qanun layihəsinə qarşı kampaniya aparan Telegram-ın fəaliyyəti 72 saatlıq dayandırılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, internetdə dezinformasiyanın qarşısını almaq üçün qanun layihəsi təqdim etmək istəyən Telegram Braziliyanı hədəf aldıqdan sonra məhkəmə hərəkətə keçib.

Ali Məhkəmənin hakimi tərəfindən qəbul edilən qərarın bir hissəsi olaraq, Telegram-ın fəaliyyəti ilk növbədə 72 saat dayandırılıb.

Telegram dünən istifadəçilərinə dezinformasiya qanun layihəsi ilə bağlı "Braziliyada demokratiyaya hücum" – mesajını göndərib.

Braziliyanın bu qanun layihəsi ilə müasir interneti məhv edə biləcəyini iddia edən Telegram, bunun sosial şəbəkə saytı şirkətlərinin xidmətlərinə zərər verəcəyini iddia edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az