"Moskvanın 3 günə qalib gələcəyini düşündüyü müharibə 15-ci ayına qədəm qoyur" - NATO

12:56 - 11 May 2023

\"Moskvanın 3 günə qalib gələcəyini düşündüyü müharibə 15-ci ayına qədəm qoyur\" - NATO

Belçikanın paytaxtı Brüsseldə NATO ölkələrinin Baş Qərargah rəislərinin toplantısından sonra NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer mətbuat konfransı keçirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bauer bildirib ki, Rusiya ilə Ukrayna arasındakı müharibə NATO siyasətinə həlledici təsir edib.

“Rusiyanın Ukrayna ilə müharibəsi və Avro-Atlantik regionun təhlükəsizliyinə təhdid son onilliklərin ən yüksək həddinə çatıb. Moskvanın 3 günə qalib gələcəyinə ümid bəslədiyi müharibə 15-ci ayına qədəm qoyur. Ukrayna xalqı və Ukrayna ordusu bizi heyrətləndirməkdə davam edir. Ukraynalı həmkarlarımız son vəziyyətlə bağlı ətraflı məruzələrlə çıxış ediblər. NATO lazım olduğu qədər Ukraynaya dəstək verəcək. Rusiya beynəlxalq asayişi sarsıtdı. Təəssüf ki, bu vəziyyət bizi kollektiv müdafiə dövrünə sövq edib. Bu gündəmi biz yox, rəqiblərimiz müəyyən edir. NATO və alyans üzvləri öz hərbi planlarını uyğunlaşdırdıqca, biz hamımız eyni kompası izləyəcəyik”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az