Bu ölkədə 5,2 bal gücündə zəlzələ baş verdi - Yaralılar var

13:01 - 11 May 2023

Bu ölkədə 5,2 bal gücündə zəlzələ baş verdi - Yaralılar var

Yaponiyanın Çiba prefekturasında 5,2 bal gücündə zəlzələ baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi (JMA) saat 04.16-da baş verən zəlzələnin yerin 40 kilometr dərinliyində qeydə alındığını bildirib.

Çiba ştatında 2 nəfərin, Kanaqava əyalətində isə 2 nəfərin yüngül xəsarət aldığı açıqlanıb.

Digər tərəfdən zəlzələ dəmir yolu nəqliyyatına da mənfi təsir göstərib. Zəlzələdən sonra Çiba ştatında bəzi qatar reysləri ləğv edilib, bəzi reyslər gecikib. JMA xəbərdarlıq edib ki, Çiba və ətraf ştatlarda gələn həftə 5 bal gücündə yeni zəlzələlərlə baş verə bilər.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az