Fransada ifrat sağçıların yandırdığı iddia edilən avtomobillərdən yayılan yanğında evi zərər görən Saint-Brevins-les-Pins şəhərinin meri Yannik Morez tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Morez, Saint-Brevins-les-Pins Bələdiyyəsinin internet saytında dərc edilən açıqlamada, istefa məktubunu mayın 9-da Loire-Atlantique Qubernatorluğuna göndərdiyini bildirib.
Morez xüsusilə evinin yanması və dövlət dəstəyinin olmaması səbəbindən bu qərarı verdiyinə diqqət çəkib.
Fransa prezidenti Emmanuel Makron da Twitter hesabında Morez və ailəsinə qarşı hücumun “utancverici” olduğunu yazıb. Makron Morez və ailəsi ilə həmrəy olduğunu bildirib.
Manşet.az