İtaliya Rəqabət Təşkilatı (AGCM) Apple-ın bazardakı hökmranlığından sui-istifadə edib-etməməsi ilə bağlı araşdırmaya başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, AGCM tərəfindən edilən açıqlamada, ABŞ şirkətinin tətbiq bazarındakı hakim mövqeyindən sui-istifadə edib-etməməsi ilə bağlı araşdırmaya başlanıldığı bildirilib.
Apple-ın 2021-ci ilin aprelindən etibarən proqram tərtibatçılarına “daha məhdudlaşdırıcı məxfilik siyasəti” tətbiq etdiyini xatırladaraq, bunun üçüncü tərəf proqram tərtibatçılarına mənfi təsir etdiyi qeyd edilib.
“Bundan əlavə, üçüncü tərəf proqram tərtibatçıları və reklamçılar da Apple tərəfindən təqdim olunan məlumatların keyfiyyəti baxımından əlverişsiz vəziyyətdədirlər”, - məlumatda deyilir.
Avropa İttifaqında bazar hökmranlığından sui-istifadə etməkdə təqsirli bilinən şirkətlər illik dövriyyəsinin 10 faizi qədər cərimələnə bilər.
Manşet.az