2012-ci ildə universiteti atıb bizneslə məşğul olan Ben Frensis Britaniyanın ən gənc milyarderidir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İngiltərədə yaşayan 30 yaşlı Ben Frensis Aston Universitetindən ayrılaraq dolanışığını təmin etmək üçün pizza şəbəkəsində kuryer olaraq işləməyə başlayıb. O dövrdə ailəsi ilə birlikdə yaşayan Ben, evinin qarajında qurduğu “idman geyimləri” biznesi ilə milyarder olub.
Ben tərəfindən təsis edilən "Gymshark" idman geyim mağazası hazırda 230 ölkədə satılır. Forbes jurnalına görə, bir müddət kuryerlik edən Benin hazırkı sərvəti 1 milyard 200 milyon dollar olaraq göstərilir.
Manşet.az