Almaniyada PKK üzvünə  həbs cəzası verildi

20:16 - 11 May 2023

Almaniyada PKK üzvünə  həbs cəzası verildi

Almaniya məhkəməsi PKK üzvü barədə qərar qəbul etdi

 

Manset.az TRT Haber-ə itinadən xəbər verir ki, Frankfurt Yüksək Əyalət Məhkəməsindən (OLG) bu barədə məlumat yayıb.

 Məhkəmə 59 yaşlı Abdullah Ö.-nu terror təşkilatı PKK-ya üzv olmaqda ittiham edib.

Qərar 2022-ci il aprelin 11-dən Frankfurt Ali Regional Məhkəməsində davam edən işin son iclasında qəbul edilib.

Məhkəmə qərarında terror təşkilatı üzvünün 2019-cu ilin avqustundan Almaniyada PKK-ya görə məsuliyyət daşıdığına və təşkilat üzvlərinə göstəriş verdiyinə diqqət çəkib.

O, terror təşkilatı üçün tədbirlər təşkil etdiyini və 2020-ci ilin iyunundan 2021-ci ilin aprelinə qədər PKK üçün 900 min avrodan çox xərac topladığını vurğulayıb.

Təşkilatın strukturlaşmasında iştirakına da diqqət çəkən qərarda 11 may 2021-ci ildən həbsdə olan Abdullan Ö.-yə 4 il 5 ay həbs cəzası verildiyi açıqlanıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az