İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindəki qaçqın düşərgəsinə basqın zamanı 66 yaşlı fələstinlini öldürüb.
Manset.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, İsrail əsgərlərinin İordan çayının qərb sahilinin Tulkərim şəhərindəki Nur Şəms Qaçqınlar Düşərgəsinə basqın təşkil etdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, bu gün səhər saatlarında İsrail əsgərləri tərəfindən basqın zamanı mədəsindən ağır yaralanan Yusuf Mustafa Şihab (66) Tülkərimdəki Nur Şəms Qaçqınlar Düşərgəsində dünyasını dəyişib.
Basqına müqavimət göstərən fələstinlilərlə İsrail əsgərləri arasında döyüş baş verib və İsrail qüvvələri fələstinlilərə canlı güllə və gözyaşardıcı qazla müdaxilə edib.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, ilin əvvəlindən indiyədək 141 fələstinli İsrail əsgərləri tərəfindən öldürülüb.
Jalə
Manşet.az