Yaponiyada ard-arda zəlzələlər baş verdi - Xəsarət alanlar var

22:23 - 11 May 2023

Yaponiyada ard-arda zəlzələlər baş verdi - Xəsarət alanlar var

Yaponiyada 5,2 və 5,9 maqnitudada iki zəlzələ baş verib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, birinci zəlzələ Tiba prefekturasında 5,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 35 kilometr dərinlikdə yerləşib. Təbii hadisə zamanı 4 nəfər xəsarət alıb.

İkinci zəlzələ Okinava prefekturasında Miyakojima adasında 5,9 maqnitudada baş verib. Zəlzələ ocağı 64 kilometr dərinlikdə yerləşib.

Son zəlzələdə dağıntı və tələfat qeydə alınmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az