ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçı qanunvericilər tərəfindən təqdim edilən və sərhəd təhlükəsizliyinin gücləndirilməsinə və mühacirlərin ölkəyə girişinə məhdudiyyətlərin artırılmasına yönəlmiş qanun layihəsi qəbul edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nümayəndələr Palatasında qanunvericilər ABŞ-ın cənub sərhədində divarın bərpası və fərdlərdən DNT və biometrik məlumatların alınması, sərhəd mühafizəsi üçün ayrılan vəsaitin artırılması və sığınacaq axtaran şəxslərə yeni məhdudiyyətlərin tətbiqi kimi əlavə təhlükəsizlik tədbirləri təklif edən Respublikaçı qanun layihəsinə səs veriblər.
Qanun layihəsi 219 “hə” və 213 “xeyr” səsi ilə qəbul edilib.
Layihənin demokratların üstünlük təşkil etdiyi Senatdan keçəcəyi gözlənilmir.
Manşet.az