Qazaxıstan Assambleyası ölkədə yol hərəkətinin tənzimlənməsi ilə bağlı qanuna bəzi düzəlişləri təsdiqləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, müvafiq olaraq, elektrikli skuterlər nəqliyyat vasitəsi sayılacaq. Sözügedən nəqliyyat vasitələri ilə vətəndaşlar səkilərdə və yol kənarlarında saatda 6 kilometr sürətlə hərəkət edə biləcəklər.
Bundan əlavə, elektrik skuterləri ilə əsas yolun sağ zolağından istifadə etmək olar. Lakin bu hüquq yalnız 18 yaşını tamamlayan və sürücülük vəsiqəsi olanlara veriləcək.
Manşet.az