Ermənistanın 2 hərbçisi yaralanıb

11:55 - 12 May 2023

Ermənistanın 2 hərbçisi yaralanıb

Ermənistan-Azərbaycan şərti sərhədində baş verən silahlı toqquşma nəticəsində 2 erməni hərbçi yaralanıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb. 

Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, onlardan birinin vəziyyəti ağırdır.

Xatırladaq ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Mayın 11-də Azərbaycanla sərhədyanı ərazidə baş verən silahlı toqquşma nəticəsində Ermənistan silahlı qüvvələrinin 4 hərbçisi yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az