ABŞ-ın Nyu-York Şəhər Şurası dünən səsvermə yolu ilə artıq çəkiyə görə ayrı-seçkiliyi qadağan edən qanun layihəsini qəbul edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qanun layihəsi Mer tərəfindən təsdiqlənərsə, işə qəbul, mənzil, ictimai yaşayış və restoranlarda insanın boyu və çəkisinə görə ayrı-seçkilik qadağan ediləcək.
Nyu York Şəhər Şurasının mətbuat şərhində, "Nyu York Şəhər Şurası, iş, mənzil və ictimai yaşayış yerlərində insanın boyuna və çəkisinə görə ayrı-seçkiliyi qadağan edən qanun layihəsini qəbul etmək üçün səs verdi" – deyilib. Qanun layihəsi bu ay Nyu-York meri tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
Manşet.az