Yevgeni Priqojinin son açıqlaması Vaqner qrupu ilə Kreml arasında gərginliyi artırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Baxmutda vəziyyət ən pis ssenari üzrə inkişaf edir” – deyən Vaqner lideri bu dəfə Rusiyanın müdafiə naziri Sergey Şoyqunu hədəfə alıb.
Rusiya müdafiə nazirinin mühəndislik sahəsindəki mülki keçmişinə lağ edən Priqojin, "Super uzun təcrübənizi nəzərə alaraq, Baxmuta gələ bilərsinizmi?" – deyə gərginliyi artıran mesaj verib.
Manşet.az