Ukrayna prezidenti şənbə günü, mayın 13-də keçiriləcək “Eurovision”un finalında çıxış etmək istəyib, lakin bu tələb rədd edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ötən il birinci yeri qazandığı üçün 67-ci Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etməli olan Ukrayna müharibə səbəbindən bunu edə bilmir. İndi isə ölkə prezidenti Zelenskinin tədbirdə çıxışına qadağa qoyulduğu bildirilir.
67-ci Eurovision Mahnı Müsabiqəsi İngiltərənin Liverpul şəhərində keçiriləcək.
Zelenskinin Rusiyanın davam edən işğalı qarşısında ölkəsinə beynəlxalq dəstək üçün təzyiq etmək üçün çıxış etmək istəsə də, Avropa Yayım İttifaqı (EBU) tamaşalar zamanı heç bir siyasi bəyanatın verilməməsində israrlıdır.
Avropa Yayım İttifaqı (EBU) sözçüsü deyib:
“Eurovision Mahnı Müsabiqəsi beynəlxalq əyləncə proqramıdır və yarandığı gündən müəyyən edilmiş ciddi qaydalar və prinsiplərlə idarə olunur. Bunun bir hissəsi kimi müsabiqənin təməl daşlarından biri də tədbirin qeyri-siyasi xarakter daşımasıdır. Bu siyasət müsabiqə çərçivəsində siyasi və ya oxşar bəyanatların verilməsini qadağan edir. Cənab Zelenskinin Eurovision Mahnı Müsabiqəsində tamaşaçılara müraciət etmək xahişi təqdirəlayiq niyyətlə olsa da, təəssüf ki, qəbuledilməzdir, çünki bu, tədbirin qaydalarına ziddir”.
Manşet.az