Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna qüvvələrinin ölkənin şərq cəbhəsində bəzi istiqamətlərdə rus qoşunlarını geri çəkilməyə məcbur etdiyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski bu barədə öz sosial media hesabında açıqlama verib. O, Ali Baş Komandanın Qərargahının iclasını keçirdiklərini bildirib.
İclasda Ukrayna Quru Qoşunları və Şərq Qüvvələrinin komandanı Aleksandr Sirskinin çıxış etdiyini vurğulayan Zelenski, “Qoşunları böyük səylə düşməni dayandıran, hətta bəzi istiqamətlərdə onları geri itələyən Sirskinin hesabatını dinlədik” – deyib.
Ukrayna lideri qeyd edib ki, görüşdə Tavriya, Odessa və Şimal bölgələrinin müdafiə qüvvələri komandirləri də müvafiq cəbhələrdə mövcud vəziyyət barədə məlumat veriblər və bu bölgələr nəzarət altındadır.
Manşet.az