Rusiyanın nəzarətində olan liman şəhərində mülki şəxslər təxliyə edilir

17:51 - 12 May 2023

Rusiyanın nəzarətində olan liman şəhərində mülki şəxslər təxliyə edilir

Rusiya tərəfindən işğal olunmuş bölgəyə təyin olunmuş qubernator Ukraynanın cəbhə xəttinə yaxın 18 yaşayış məntəqəsini bombalaması nəticəsində mülki əhalinin təxliyə edildiyini bildirib. Kiyev dinc əhaliyə hücum xəbərini təkzib edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın keçən il işğaldan dərhal sonra nəzarətə götürdüyü Ukraynanın liman şəhəri Berdyanskda yaşayan dinc sakinlər Kiyevin əks-hücumundan əvvəl təxliyyə olunmağa başlayıb.

Təxminən 100 min insanın yaşadığı Berdyansk liman şəhəri və Ukraynanın kömür, taxıl, günəbaxan yağı, dəmir və digər malların ixracı üçün mühüm mərkəz kimi tanınır. Berdyansk limanı Qara dənizə açılan Azov dənizində yerləşir.

Reuters, Ukraynanın bu liman şəhərində cəbhəyə yaxın qəsəbə və kəndlərdə başlayacağı əks-hücumdan əvvəl xüsusilə uşaqların bir ailə üzvünün müşayiəti ilə evakuasiyasının prioritet olduğunu açıqlayıb.

Xəbərdə bildirilib ki, bu liman şəhərindən evakuasiya edilənlər Avropanın ən böyük atom elektrik stansiyasının yerləşdiyi Zaporijjya bölgəsindəki yaşayış mərkəzlərinə yerləşdiriliblər.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az