Avropa Yayım Birliyi (EBU) Ukrayna prezidenti Vladimir Zelenskinin bu il 67-ci dəfə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinin final hissəsində videokonfrans vasitəsilə çıxış etmək xahişini rədd edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə cümə axşamı axşam Avropa Yayım Birliyinə (EBU) istinadən "The Times" məlumat verib.
Bu il 67-ci dəfə keçiriləcək “"Avroviziya"” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb. 2023 Avroviziya Mahnı Müsabiqəsinin qalibi sabah axşam baş tutacaq möhtəşəm finalla müəyyənləşəcək. Rusiyanın Ukraynaya hücumlarına başladığı gündən beynəlxalq görüşlərə video ilə qatılan Zelenskinin mahnı yarışmasında iştirakçılara müraciət etməsinin “müsabiqənin siyasiləşdirilməsini” əsas gətirən EBU çıxışlar zamanı heç bir siyasi bəyanat verilməməsini xahiş edir. EBU-dan verilən açıqlamada “160 milyon insana müraciət edəcəyi və ölkəsinə dəstək istəməsi gözlənilən videoda Zelenskinin iştirak tələbi müsabiqənin final hissəsində təşkilatçılar tərəfindən rədd edildi”. Açıqlamada “"Avroviziya"”nın yarandığı gündən qaydaları və prinsipləri olan beynəlxalq əyləncə proqramı olduğu vurğulanıb.
Bu barədə Ukrayna Prezident Aparatından verilən açıqlamada Zelenskinin çıxış etmək üçün müraciət etmədiyi qeyd edilib : “Ukrayna prezidentliyinin rəsmiləri "Avroviziya" rəsmiləri ilə əlaqə saxlamayıblar”.
Jalə
Manşet.az