Zəlzələ bölgəsində seçkilər konteynerlərdə keçirilir

10:59 - 14 May 2023

Zəlzələ bölgəsində seçkilər konteynerlərdə keçirilir

Türkiyənin Ali Seçki Şurası (YSK) ölkənin zəlzələdən zərər görən bölgələrində prezident və parlament seçkilərində səsvermə ilə bağlı bir sıra tədbirlər görüb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, zəlzələ bölgəsində bəzi hissələrdə seçki məntəqələri konteynerlərdə təşkil edilib. 

Məlumata görə, bölgədə zəlzələ zamanı dağılmayan və əvvəllər seçki məntəqəsi qurulan məktəblərdə əvvəlkitək səsvermə prosesi təşkil edilib. Uçan və zərər görən məktəblərin əvəzinə isə konteynerlərdə seçki mənətəqəsi qurulub. 

Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az