Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səs vermək üçün getdiyi İstanbuldakı orta məktəbdə yaradılmış seçki məntəqəsində seçicilərlə söhbət edib.
Manset.az Türkiyə müdiasına istinadən xəbər verir ki, Ərdoğan Analar Günü münasibətilə öz təbriklərini çatdırıb.
Türkiyə Prezidenti cibindən pul çıxararaq ətrafdakı uşaqlara bayrampulu verib. Onun azyaşlıların hər birinə 200 türk lirəsi verdiyi bildirilir.