İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri və Millət Alyansının sədr müavini Əkrəm İmamoğlunun səs verdiyi qutudan Rəcəb Tayyib Ərdoğan birinci olub.
Manset.az xəbər verir ki, İmamoğlu Beylikdüzü Emin Yükseloğlu Qız Anadolu İmamhatip Liseyində prezident və 28-ci Dövr Millət vəkili seçkiləri üçün səs verib.
İmamoğlunun da olduğu 2224 saylı seçki qutusuna 316 seçici səs verib. Saat 17.00-dan etibarən səsvermə prosesi bitdikdən sonra açılan qutuda 2 səs etibarsız sayılarkən, Xalq Birliyinin namizədi Prezident Rəcəb Tayyip Ərdoğan 163, Milli İttifaqın namizədi Kamal Kılıçdaroğlu 138, Ata İttifaqının namizədi Sinan Oğan 12, namizədliyini geri götürən Məhərrəm İncə isə 1 səs toplayıb.
Jalə
Manşet.az