Metro stansiyasında boks turniri keçirildi - VİDEO

10:51 - 15 May 2023

Metro stansiyasında boks turniri keçirildi - VİDEO

Ukraynanın Xarkov şəhərində təhlükəsizlik məqsədi ilə metro stansiyasında “Xarkov Müdafiə Qəhrəmanları” boks turniri keçirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukraynada müharibədən ən çox zərər çəkən şəhərlərdən biri olan Xarkovda “Xarkov müdafiə qəhrəmanları” mövzusunda boks turnirinin açılışı olub.

“Ukrayna Müdafiəçiləri Metro Stansiyası”nda təhlükəsizlik məqsədilə keçirilən turnirdə Ukrayna Boks Milli Komandası və Xarkov Boks Komandası idmançıları iştirak edir.

Birgünlük turnirin açılışında çıxış edən Xarkov vilayətinin Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov belə bir tədbiri Xarkovda təşkil etməkdən məmnun olduğunu bildirib.

Sinegubov Xarkov vilayətini müdafiə edən əsgərlərin şərəfinə təşkil olunan turnirə vətəndaşların böyük maraq göstərdiyini vurğulayıb.

Qeyd edək ki, Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda bəzi insanlar təhlükəsizlik səbəbi ilə metro stansiyalarında qalmağa davam edir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az