Yük maşını ilə mikroavtobus toqquşdu - 26 nəfər öldü

11:55 - 15 May 2023

Yük maşını ilə mikroavtobus toqquşdu - 26 nəfər öldü

Meksikanın şimalında dəhşətli yol qəzası baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yük maşını ilə sərnişin mikroavtobusunun toqquşması nəticəsində 26 nəfər ölüb. Tamaulipas ştatında baş verən qəzada toqquşmadan sonra yanğın baş verib.

Qəza yerində yalnız yük maşınının qoşqusunun tapıldığını bildirən səlahiyyətlilər, sürücünün yük maşınının yedək hissəsi ilə qaçmış ola biləcəyini ehtimal edirlər.

Qəzanın səbəbləri araşdırılır.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az