Rusiyanın “Vaqner” muzdlu şirkətinin yaradıcısı Yevgeni Priqojin bu dəfə vətənə xəyanət kimi ittihamlarla üzləşib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-ın məşhur qəzetlərindən biri olan “Vaşinqton Post”un ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sızdırdığı sənədlərə əsaslanaraq Ukrayna rəhbərliyinin rus əsgərlərinin harada olduğunu bildirməyi təklif etdiyi xəbəri yayılıb.
Vaqnerin qoşunları Ukraynanın Bəhmut şəhərini almaq üçün aylardır əməliyyat aparır. The Washington Post elan edib ki, Priqojin bu məlumatı Ukraynanın bölgədən qoşunlarını çıxarması müqabilində yanvar ayında təklif edib, Kiyev administrasiyası isə bu təklifi rədd edib.
Qəzetə danışan iki Ukrayna rəsmisi Priqojinin Ukrayna kəşfiyyatı ilə bir neçə dəfə əlaqə saxladığını təsdiqləyib.
Manşet.az