Tanınmış aktyor deputat seçilmədi

14:28 - 15 May 2023

Tanınmış aktyor deputat seçilmədi

Türkiyə İşçi Partiyasının sədri Erkan Başın təklifi ilə Muğladan deputatlığa namizəd olan aktyor Mehmet Aslantuğ Türkiyə Böyük Millət Məclisinə daxil ola bilməyib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Muğlada deputat seçkilərinin nəticələri açıqlanıb.

CHP 37,77, AK Partiya 24,14, İYİ Partiya 17,23, MHP 6,17, TİP isə 5,67 faiz səs toplayıb.

TİP-in namizədi Mehmet Aslantuğ 40 min 927 səslə parlamentə girə bilməyib.

Qeyd olunur ki, seçki nəticələrinə görə, Muğlada CHP 4, AK Partiya 2, İYİ Partiya 1 millət vəkili qazanıb.

Aktyor hələlik mövzu ilə bağlı açıqlama verməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az