Peskovdan Türkiyədəki seçkilərlə bağlı MESAJ

15:03 - 15 May 2023

Peskovdan Türkiyədəki seçkilərlə bağlı MESAJ

Kremlin sözçüsü Dmitri Peskov Türkiyədə keçirilən Prezident və 28-ci Dövr parlament seçkiləri ilə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov, Rusiya ilə Türkiyənin bir çox sahədəki əməkdaşlığına görə Türkiyədəki seçkiləri maraqla izlədiklərini ifadə edib:

“Biz Türkiyə ilə enerji, turizm, ticarət, kənd təsərrüfatı və yol nəqliyyatı kimi müxtəlif sahələrdə geniş spektrli qarşılıqlı faydalı əməkdaşlıqda həmrəyik. Bu səbəbdən Türkiyədə seçkilərlə bağlı xəbərləri böyük maraqla izləyirik.

Biz türk xalqının seçiminə hörmət edirik və edəcəyik. Lakin istənilən halda əməkdaşlığımızın davam edəcəyini, dərinləşəcəyini və genişlənəcəyini gözləyirik. Türkiyə güclü, suveren ölkədir və əlbəttə ki, şəffaf və demokratik seçkiləri təmin edə bilən, hər cür qanunsuz hərəkətlərin qarşısını ala bilən bir ölkədir”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az