Türkiyədə seçkilər açıq, şəffaf və beynəlxalq seçki standartlarına uyğun keçirilir - TDT

15:12 - 15 May 2023

Türkiyədə seçkilər açıq, şəffaf və beynəlxalq seçki standartlarına uyğun keçirilir - TDT

Türk Dövlətləri Təşkilatı (TDT) nümayəndə heyətinin seçkilərdə müşahidə apardığı açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Türk Dövlətləri Təşkilatının (TDT) Beynəlxalq Seçki Müşahidə Missiyası mayın 14-də keçirilən Prezident seçkiləri və 28-ci Dövr parlament seçkilərinin açıq, şəffaf və rəqabətli, Türkiyənin milli qanunvericiliyinə və ümumi qəbul edilmiş beynəlxalq seçki standartlarına uyğun keçdiyini qiymətləndirib.

TDT baş katibinin müavini səfir Yerjan Mukaşın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan parlamentlərinin üzvləri, mərkəzi seçki komissiyalarının nümayəndələri və diplomatları, TDT Katibliyinin rəsmiləri daxil olmaqla 30 nümayəndə daxildir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az