İngiltərənin “The Economist” jurnalı Türkiyədəki seçkilərin nəticələrini görəndə geri addım atıb. Seçkilərdən əvvəl CHP lideri Kılıçdaroğlunu dəstəkləyən açıqlamaların yer aldığı jurnal, seçki nəticələrindən sonra bu örtüyü yığışdırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İngiltərənin iqtisadiyyat və siyasət jurnalı “The Economist” Türkiyədəki seçkilər öncəsi açıq mövqe nümayiş etdirərək, dərc olunan məqalədə “Kılıçdaroğlunun Türkiyənin növbəti prezidenti olmasını dəstəkləyirik” ifadəsini işlədib.
Jurnal, sosial media platforması olan Twitter-də “2023-cü ilin ən əhəmiyyətli seçkisi” başlığını çəkib.
Seçkilərin manipulyasiyasına münasibəti ilə reaksiya verən jurnal ilk nəticələrdən sonra geriyə addım ataraq üz qabığını dəyişib.
O, Çin iqtisadiyyatının yüksəlişini ifadə edən əjdaha təsvirindən istifadə etməyə başlayıb.
Jurnal müxalifətin qələbəsinin demokratiyanın qələbəsi olacağını iddia edərək, Türkiyədə yeni hakimiyyət olacağı təqdirdə Qərblə də münasibətlərin bərpa olunacağını müdafiə etmişdi.
Manşet.az