Rusiyanın “Vaqner” təhlükəsizlik şirkətinin təsisçisi Yevgeni Priqojin ABŞ kəşfiyyatının “Rusiyanın mövqeləri barədə Ukraynaya məlumat verəcəyinə söz verdiyini” sızdırması ilə bağlı xəbəri təkzib edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yevgeni Priqojin Telegram hesabında verdiyi açıqlamada bu iddiaları “cəfəngiyyat” adlandırıb.
Priqojin ona qarşı siyasi sui-qəsdin arxasında Moskvada bir qrup iş adamı və siyasətçini ittiham edib.
O, adı açıqlanmayan bir Afrika ölkəsində Ukrayna Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanovla görüşdüyünü təkzib edərək, Ukrayna müharibəsindən bəri Afrikaya getmədiyini bildirib və bu iddiaların onu yalnız güldürdüyünü deyib.
Manşet.az