Sualtında ən uzun müddət qalmaq rekordu qırıldı

16:51 - 15 May 2023

Sualtında ən uzun müddət qalmaq rekordu qırıldı

Florida Universitetinin professoru su altında ən uzun yaşamaq rekordunu qırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  su altında qaldığı müddətdə bir sıra fiziki və psixoloji sağlamlıq müayinələrindən keçən Cozef Dituri iyunun 9-da su səthinə çıxmağı planlaşdırır.

Sözügedən rekordu qırmaq üçün bir növ sualtı oteldə yaşayan Cozef Dituri əvvəlki rekord olan 73 günü keçib.

Mayın 13-də su altında 74-cü gününü tamamlayan Dituri, sosial media hesabından verdiyi açıqlamada hələ prosesi bitirməyi düşünmədiyini, 100-cü günün sonunda sudan çıxmağı planlaşdırdığını bildirib.

Dituri, "Birinci gündən məqsədim gələcək nəsilləri ruhlandırmaq, dəniz altında həyatı tədqiq edən alimlərdən müsahibə almaq və insan orqanizminin ağır şəraitdə necə işlədiyini öyrənmək olub" - deyib.

Dəniz Resurslarının İnkişafı Fondu tərəfindən təşkil edilən "Project Neptun 100" sualtı missiyasının bir hissəsi olaraq, Dituri Florida ştatında 9 metr dərinlikdə laqunun dibində yerləşən və “Jules Undersea Lodge” adlı bir növ sualtı oteldə yaşayır.

Su altında ən uzun yaşama rekordunun əvvəlki sahibləri Cessika Fain və Brüs Kantrell də eyni yerdə 73 gün keçiriblər.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az