Avstriyada qatarın səsgücləndiricilərindən Hitlerin nitqini dinləyən iki şəxs barəsində qanuni tədbir görülüb.
Manset.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Avstriya Dəmir Yolları (ÖBB) tərəfindən edilən açıqlamada Bregenz şəhərindən paytaxt Vyanaya gedən qatarın səs sistemlərinin açarlarını ələ keçirən iki nəfərin sərnişinləri dinləməyə məcbur etdiyi bildirilib.
Açıqlamada qatardakı təhlükəsizlik kamerasından şəxslərin müəyyən edildiyi və nasist təbliğatı apardıqları səbəbilə barələrində qanuni əməliyyat başlandığı bildirilib.
Sözügedən şəxslərin qatarın səs sisteminin yerləşdiyi kupenin açarını necə əldə etdikləri müəyyən edilməyib.
Məsələ Avstriya Dövlət Təhlükəsizliyi və Kəşfiyyat İdarəsi tərəfindən araşdırılır.
Qeyd edək ki, daha əvvəl də eyni marşrutda bənzər hadisələr baş verib.
Jalə
Manşet.az