Türkiyədə əyləncə məkanında silahlı insident: Ölən var

09:35 - 16 May 2023

Türkiyədə əyləncə məkanında silahlı insident: Ölən var

Türkiyənin İzmir şəhərində silahlı insident olub.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Bornova rayonunda əyləncə məkanında baş verib.

Qazi Osman Paşa məhəlləsi, Kamil Tunca küçəsində yerləşən məkanda olan Yener Fidan ilə kimliyi dəqiqləşdirilməyən şəxs arasında mübahisə düşüb.

Mübahisə davaya çevrildikdən sonra şübhəli şəxs tapançadan Y. Fidana atəş açıb və qaçıb.

Ağır yaralanan Y. Fidan aparıldığı xəstəxanada həyatını itirib.

Hadisə yerinə polis və tibb işçiləri cəlb edilib.

Polis hadisəni törədənin tutulması üçün əməliyyata başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az