Kiyev atəşə tutuldu: Raket qalıqları şəhər ərazisinə düşüb

09:54 - 16 May 2023

Kiyev atəşə tutuldu: Raket qalıqları şəhər ərazisinə düşüb

Gecə saatlarında Ukraynanın paytaxtı Kiyev atəşə tutulub.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu haqda paytaxtın meri Vitali Kliçkonun teleqram kanalında yazıb.

O bildirib ki, raketin qalıqları Şevçenko rayonundakı zooparkın ərazisinə düşüb, həmçinin bir neçə avtomobilə ziyan dəyib.

"Hava hücumu davam edir, sığınacaqlarda qalın!", - o, qeyd edib.

Eyni zamanda, Kliçko əlavə edib ki, hadisə zamanı üç nəfər yaralanıb.

Ərazidə xilasedicilər işləyir.

Hələlik ölənlər və dağıntılar barədə rəsmi məlumat yoxdur. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az