ABŞ-ın Rusiyadakı səfirliyinin keçmiş əməkdaşı “sui-qəsd” ittihamı ilə saxlanılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, TASS agentliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Robert Şonovu Vladivostokda saxladığını açıqlayıb.
Xarici dövlət və ya beynəlxalq/xarici təşkilatla əlbir olmaqda təqsirləndirilən Şonovun 8 ilə qədər həbs oluna biləcəyi bildirilib.
ABŞ-ın Rusiyadakı səfirliyi hazırda mövzu ilə bağlı paylaşılacaq heç bir məlumatın olmadığını bəyan edib.
Şonov Moskvanın keçmiş KQB həbsxanası olan Lefortovo həbsxanasında saxlanılır.
Manşet.az