Ukraynaya verilən tanklar Almaniyadadır

10:52 - 16 May 2023

Ukraynaya verilən tanklar Almaniyadadır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya tədarük ediləcək 31 ədəd M1 Abrams tankının cəbhəyə göndərilmədən əvvəl Ukrayna əsgərlərinin təlimlərində istifadə edilmək üçün Almaniyanın Qrafenvuer şəhərinə göndərildiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pentaqonun mətbuat katibi briqada generalı Patrik Rayder bildirib ki, əvvəllər hazırlanmış tanklar Qrafenvuer şəhərinə çatıb.

ABŞ generalı yaxın həftələrdə Ukraynanın texniki və tank personalının da tank təlimi almaq üçün Almaniyaya gələcəyini bəyan edib.

"Ukraynalı ekipaj və texniki qulluqçular üçün bu hərtərəfli təlim proqramı onları M1 tankından səmərəli istifadə etmək və Ukrayna xalqını müdafiə etməkdə mühüm rola hazırlamaq məqsədi daşıyır", - Rayder bildirib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az